Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq. “İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri davam edir və artıq hə
2025-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri davam etdikcə köçənlərin də sayı çox olacaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.
Ş.Ağayev bunun çox sevindirici, məmnunedici bir hal olduğunu vurğulayaraq əlavə edib ki, insanlar 30 ildə gözlədikləri, dilədikləri arzuya çatıblar: “Eyni zamanda, 2024-cü ildə Qazaxın 4 kəndi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı Ermənistanla delimitasiya, demarkasiya prosesinin ilk mərhələsi olaraq Azərbaycana qaytarıldı.
Təbii ki, bu, Ermənistanın könüllü istəyi ilə olmayıb. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət, çevik
Eləcə də bu, nə Ermənistanın güzəşti, nə sülh mövqe tutmasından irəli gəlmir.
Əgər belə olsaydı, 2024-cü ildə çox böyük ümidlər vardı ki, Ermənistanla sülh müqaviləsi bağlanacaq, lakin Ermənistan bunu etmədi.
Hətta COP29 gözəl bir fürsət idi ki, Ermənistan bu fürsətdən istifadə etsin.