Bu, əsl qan tökülməsidir! Ximenez

08.03.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Atletiko Madrid”in müdafiəçisi Xose Ximenes sıx qrafiki ilə bağlı sərt fikirlər səsləndirib.

Ölkə.az xəbər verir ki, şənbə günü “hindular” La Liqanın 27-ci turunda “Real Socyedad”ı (3-2) məğlub etdi. Çərşənbə axşamı isə Çempionlar Liqasının 1/8 final mərhələsində “Tottenhem”lə qarşılaşacaq.

“Biz dincəlməliyik. Bu, əsl qan tökülməsidir. Sağlamlığımızı riskə atırıq – biz sirkdəki klounlar kimiyik, oynayın deyəndə oynayırıq”, – Ximenez bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью