Bu evlərlə bağlı amnistiya tətbiq olunsa... Ekspert

29.01.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əmlak bazarında ciddi qiymət artımı müşahidə olunur. Sənədsiz həyət evlərinin qiyməti isə təxminən 25-30 min manatdan başlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. 

Ekspertin fikirincə, ucuz evlər çıxarışla təmin olunarsa, aztəminatlı və evsiz insanlar bu cür mənzilləri istəlinən ipoteka şərtləri ilə ala bilər:

"İlk ödəniş yox, aylıq ödənişi isə kirayə pulundan daha aşağı olacaq. Bununla da ölkədə evsiz insanların sayı minumuma enəcək. Bu məsələlərin başında dayanan problem həmin əmlakların çıxarışlarının olmamasıdır".

Elnur Fərzəliyev hesab edir ki, problemin həlli amnistiya aktından keçir:

"Əgər bu evlərlə bağlı amnistiya tətbiq olunsa, bu problemlər köklü həllini tapacaq".

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью