Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması və 38 nəfərin həlak olması xəbəri hər birimizi sarsıtdı.
Yeni il ərəfəsində baş verən bu faciə bütün ölkəmizi yasa bürüdü, respublikamızda matəm elan olundu.
Matəm təkcə ölkə ərazisində deyil, xarici ölkələrdəki səfirliklərdə də qeyd olundu.
Faciəvi hadisə ilə bağlı dövlətimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdədir.
Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyev baş vermiş təyyarə qəzası haqqında məlumat alan kimi səfəri yarımçıq qoyub dərhal geri dönmək qərarını verdi.
O, hələ təyyarədə olarkən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verdi.
Cənab Prezidentin baş vermis qəzaya, faciəyə son dərəcə həssas, operativ yanaşması onun hər bir vətəndaşa doğma münasibətini ifadə edir”.