Bu fakültə Şuşaya köçürülür

19.05.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək.

Avtosfer.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:

“Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar”.

A.Kərimov həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisinin nəzərdə tutulduğunu əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью