Bu federasiya UEFAdan CASa şikayət edəcək

21.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Kosovo Futbol Federasiyası (FFK) UEFA-dan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, buna səbəb qitənin ali futbol qurumunun Millətlər Liqasının 5-ci turunun Rumıniya ilə səfər oyununda meydanı tərk edən Kosovo millisinə texniki məğlubiyyət verilməsinə dair qərar qəbul etməsidir.

Noyabrın 15-də Buxarestdə baş tutan qarşılaşmanın əlavə vaxtında hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşləri Serbiyaya dəstək şüarları səsləndirib. Bu səbəbdən qonaq komandanın futbolçuları meydanı tərk ediblər. Nəticədə matç yekunlaşmayıb.

Ötən gün isə UEFA Kosovo millisinə 0:3 hesablı texniki məğlubiyyət verildiyini açıqlayıb.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью