Bu federasiyanın adı dəyişdirilir

20.02.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası fəaliyyət istiqamətlərini genişləndirir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı federasiyanın ümumi yığıncağında müvafiq qərar qəbul olunub.

Bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir.

Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью