Bu federasiyaya yeni vitse prezident seçildi

23.01.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.

Bakıvaxtı.az qurumun saytına istinadən xəbər verir ki, yığıncaqda yeni Nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.

Ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.

ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri olub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.

Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью