Bu, fəlakətə səbəb olacaq! Dandik

03.02.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

3 fevral gecəsi Kiyevdə yerləşən əsas enerji obyektləri kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Bu hücumlar Ukrayna üçün fəlakətli nəticələrə səbəb olacaq.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert, təqaüddə olan birinci dərəcəli kapitan Vasili Dandik bildirib. O qeyd edib ki, vəziyyət yaxın günlərdə tam aydınlaşacaq:

“Baş verənlərin real təsiri bir neçə gün ərzində özünü göstərəcək. Bu hücumlar artıq, Ukrayna üçün bir mesaj olmalıdır. Bu hücumlar yekunda Ukrayna üçün fəlakətli nəticələrə səbəb olacaq”.

Zərbələr nəticəsində Kiyevin əsas enerji obyektlərindən biri sayılan 4 nömrəli İstilik Elektrik Stansiyasında yanğın baş verib. Bundan əlavə, 5 nömrəli İstilik Elektrik Stansiyası və digər enerji qurğularının da zərər gördüyü bildirilir.

Dandikin sözlərinə görə, enerji obyektləri Ukraynanın hərbi-sənaye kompleksi ilə birbaşa əlaqəlidir və bu infrastruktura dəyən zərbələr ciddi nəticələr doğura bilər. O vurğulayıb ki, bundan sonra yaranan humanitar və mülki problemlər Ukraynanın öz məsuliyyəti hesab olunur.

Hərbi ekspert yaxın perspektivdə Ukraynada sistemli çöküş ehtimalını istisna etməyib və Avropa ölkələrinin mümkün dəstəyinə baxmayaraq, vəziyyətin daha da ağırlaşa biləcəyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью