Bu fənləri tədris edən şəxslər sertifikasiyaya cəlb olunacaq

06.02.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-ci ilin sonuna kimi 40 min nəfərin iştirakı ilə bütün fənlər üzrə müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 2025-ci il üzrə biologiya, fizika, kimya, coğrafiya, informatika fənlərindən sertifikatlaşdırma imtahanları nəzərdə tutulur:

“2026-ci ildə isə tarix, musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə üzrə dərs deyən müəllimlər imtahanlara cəlb olunacaq”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью