Bu Fərmanın icra müddəti başa çatıb

29.01.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qeyri-yaşayış təyinatlı bəzi tikili obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanının icra müddəti artıq başa çatıb, uzadılması gözlənilmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bundan sonra həmin mexanizmlə yeni müraciətlər qəbul edilməyəcək: “14 iyun 2023-cü il tarixli 2149 nömrəli sözügedən Fərman çərçivəsində sahibkarlara və vətəndaşlara qeyri-yaşayış təyinatlı tikililərin istismarına icazə verilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən müddət ərzində imkan yaradılmışdı. Fərmanın qüvvədə olma müddəti başa çatıb və artıq bu mexanizm üzrə müraciətlər qeydə alınmır”.

Fidan Etibar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью