Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. - + Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Lion” oyunundan
Tribunainfo.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.
Q.Qurbanov qeyd edib ki, bu, komanda üçün vacib oyundur: “Çox keyfiyyətli bir komandaya qarşı oynayırıq.
Sistem və futbolçuların bacarığı hər kəsə bəllidir. Bizim üçün vacib oyundur. Matç boyu diqqətli olmalıyıq.
Çox istəyirik ki, azarkeşləri sevindirək”. – “Lion”un heyətini artıq təhlil etmisiniz ki, hansı oyunçulara qarşı oynayacaqsınız?
Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır? – Heyətləri ilə maraqlanmışıq.
Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var.
Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir.