Bu forvardın “Neftçi”yə keçidi baş tutmayacaq siyahıdan çıxarıldı

19.07.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" “Makkabi Netanya”nın forvardı Mateus Davonu heyətinə qatmayacaq.

Sportal.az xəbər verir ki, öncədən “ağ-qaralar”ın braziliyalı hücumçu ilə maraqlandığı, hətta bu yay onun keçidini həll etmək istədiyi iddia olunurdu.

Lakin 26 yaşlı hücumçunun “Neftçi”yə keçidi baş tutmayacaq. Belə ki, onun adı ilkin siyahıda yer alsa da, sonradan oradan çıxarılıb.

Mateus “Quarani”, “Korintians”, “Filadelfiya”, “Bahia”, “Kruzeyro”, “Pafos”, “Amerika”, “Mirassol”, “Remo” klublarında oynayıb.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью