Bu foto Flora Kərimovanı təsirləndirdi

30.10.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:

“Oğlum, qızım və mən... Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmdə xüsusi bir doğmalıq və doğmalarım var. Əziyyət çəkib təmənnasız sevginizdən doğan təşəbbüsünüzə, sayğınıza, bu səmimi sevginizə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Zümrüd İngiltərədə, Oktay isə Almaniyada yaşayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью