Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitində ABŞ Prezidenti Donald Trampa Kiyevdə Rusiya zərbələri nəticəsində zərər görmüş tarixi Uspenski (Dormition) kilsəsinin fotolarını göstərib.
Redaktor.az bu haqda "Politico"ya istinadla xəbər verir.
Sammit zamanı nümayiş etdirilən görüntülərdə 11-ci əsrə aid məbədin yanan qızılı günbəzləri və dağıntılar əks olunub.
G7 rəsmilərinin sözlərinə görə, fotolar Trampa ciddi təsir göstərib. Mənbələr hesab edir ki, Zelenskinin bu addımı ABŞ prezidentinin Ukraynaya dəstək məsələsində daha qəti mövqe tutmasına təsir edən əsas amillərdən biri olub.
Rəsmilərdən biri bildirib ki, Tramp gördüyü mənzərədən səmimi şəkildə təsirlənib və bu, G7 liderlərinin Ukrayna ilə bağlı birgə bəyanatına dəstəyin formalaşmasına kömək edib.
Aytəkin TOFİQQIZI