“Bu fürsət qaçırılmamalıdır” Ərdoğandan sülh mesajı

12.05.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

Prezident Ərdoğan Rusiya və Ukraynanın birbaşa danışıqları bərpa etməyə çalışmasının son dərəcə vacib olduğunu qeyd edib və bu prosesin hər mərhələsində Türkiyənin zəruri dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. O, Rusiya və Ukrayna nümayəndə heyətlərini sülh danışıqları üçün Türkiyədə qəbul etməkdən məmnun olacağını bildirib. Ərdoğan, həmçinin, hərtərəfli atəşkəsin sülh prosesinin başlanması üçün zəruri zəmin yaradacağını və bu fürsətin əldən verilməməli olduğunu söyləyib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью