Bu futbolçu “Şamaxı”dan GEDƏCƏK

20.12.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qış fasiləsində "Şamaxı"nı tərk edəcək ilk futbolçu müəyyənləşib. 
Bizim.Media xəbər verir ki, Premyer Liqa klubu Ramin Əhmədovla yollarını ayıracaq. 23 yaşlı yarımmüdafiəçinin performansı məşqçilər korpusunu qane etmir.
Bölgə klubu Əhmədovun yanvar ayında başa çatan müqaviləsinin müddətini uzatmayacaq.
Qeyd edək ki, Ramin Əhmədov 2023-cü ilin fevral ayından "Şamaxı"da çıxış edir. O, bu mövsüm komandanın heyətində Premyer Liqada 2, ölkə kubokunda isə 1 matçda iştirak edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью