Bu futbolçuların Qarabağ ı tərk edəcəyi dəqiqləşdi

21.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

“Qarabağ”da növbəti ayrılıqlar yaşanacaq.

Axar.az APA-ya istinadən xəbər verir ki, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.

Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.

Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.

Həmçinin “Qarabağ” Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.

Gənc qapıçını Serbiyanın “İMT Beoqrad” klubu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi isə bunun reallaşması üçün qolkiperlə yollarını ayıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью