Bu gecə Ay və Saturn səmada yaxın görünəcək

24.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gecə Ay və Saturn səmada bir-birinə yaxın görünəcək. Bu astronomik mənzərə səma müşahidələrinə maraq göstərənlər üçün diqqətçəkən hadisələrdən biri olacaq.

Saturnu şəhər işıqlarından uzaq, səmanın aydın olduğu ərazilərdə adi gözlə görmək mümkündür.

Astronomik təqvimə əsasən, oktyabrın 26-da Ay dolunay mərhələsinə çatacaq. Payız mövsümündə baş verən bu dolunay ənənəvi olaraq "Ovçu Ayı" (Hunter’s Moon) adlandırılır. Bu ad Şimali Amerika və Avropa xalqlarının ənənələrində payızın ov mövsümü ilə əlaqələndirilir.

Ayın dolunay mərhələsi və Saturnun səmada müşahidə olunması gecə səmasını izləmək istəyənlər üçün əlverişli fürsət yaradır. Müşahidə zamanı açıq səma və hava şəraiti əsas amillərdən hesab olunur.

Hazırladı:
S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью