Bu gecə “Qızıl top”un sahibi müəyyənləşəcək

26.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bu gecə futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan "Qızıl top" ("Ballon d'Or") sahibini tapacaq.

“Yeni Sabah” xəbər verir ki, 70-ci dəfə təşkil olunan mötəbər mərasim tarixi ənənədən kənara çıxaraq ilk dəfə Paris şəhərindən kənarda — Londondakı məşhur "London Palladium" teatrında baş tutacaq.

İngiltərə paytaxtının ev sahibliyi təsadüfi deyil. Bu addım 1956-cı ildə keçirilən ilk "Ballon d'Or" mükafatının qalibi olmuş ingilis hücumçu Stenli Metyuzun xatirəsinə ehtiram əlaməti olaraq seçilib. pizza hut

Dünyanın diqqəti mükafatlandırılacaq ilin ən yaxşı futbolçusuna yönəlib. Bu il kişilər arasında əsas namizədlər sırasında "Bavariya"nın hücumçusu Harri Keyn, "Barselona"nın gənc ulduzu Lamin Yamal, "Real Madrid"in lideri Kilian Mbappe, həmçinin Erlinq Holand və Lionel Messi yer alıblar.

Tədbir zamanı yalnız əsas "Qızıl top" deyil, həmçinin ilin ən yaxşı gənc oyunçusu (Kopa Trofeyi), ilin qapıçısı (Yaşin Trofeyi), ilin məşqçisi və ən yaxşı klubu kimi ümumilikdə 13 mükafat sahiblərinə təqdim olunacaq. Tədbiri tanınmış aparıcılar Tyerri Anri və Keyt Skott idarə edəcək.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью