Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri bir gecə ərzində ölkənin müxtəlif regionları üzərində 453 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücumlar avqustun 18-i saat 20:00-dan avqustun 19-u saat 08:00-dək olan müddətdə dəf edilib.
PUA-ların Belqorod, Bryansk, Kursk, Voronej, Kaluqa, Vladimir, Nijni Novqorod, Voloqda, Oryol, Tula, Lipetsk, Ryazan, Yaroslavl, Volqoqrad, Rostov, Saratov, Samara və Ulyanovsk vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım və Başqırdıstan üzərində, həmçinin Qara dəniz akvatoriyasında vurulduğu bildirilib.
NURİYYƏ