Bu generallar Konstitusiya Məhkəməsində toplaşıb SİYAHI (FOTOLAR)

11.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

“Unikal”ın məlumatına görə, Xanlar Vəliyev Konstitusiya Məhkəməsində general rütbəsi daşıyan yeganə hakim deyil.

Belə ki, sabiq ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsində hakim olan Fikrət Məmmədov ədliyyə general-polkovnikidir.

Bundan başqa, Baş prokurorun sabiq birinci müavini, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfov ədliyyə general-mayorudur.

Konstitusiya Məhkəməsinin digər iki hakimi - Kamran Şəfiyev Humay Əfəndiyeva isə 3-cü dərəcə dövlət müşavirləridir.

Hazırladı: Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью