Bu geyimləri qanunsuz geyinənlərə CƏZA VERİLƏCƏK

01.09.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunur.

Avtosfer.az xəbər verir ki, belə geyim formalarının qanunsuz olaraq daşınmasına görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək cərimə tətbiq edilir.
Bundan başqa, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu hüquqdan qanunla nəzərdə tutulmayan hallarda istifadə etdikdə cərimələnə bilərlər.
Belə şəxslərin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək cərimə nəzərdə tutulur.
Beləliklə, hərbi və xüsusi geyim formalarının daşınması ilə bağlı məsuliyyət həm bu geyimləri qanunsuz əldə edib daşıyan şəxslərə, həm də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqdan sonra geyim formasını müəyyən edilmiş qaydalardan kənar daşıyan şəxslərə şamil edilir./ajans.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью