Bu görüş Ukrayna danışıqlarında irəliləyiş deyil ABŞ

17.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və ABŞ nümayəndələrinin Səudiyyə Ərəbistanında görüşü Ukrayna üzrə danışıqlarda irəliləyiş kimi qiymətləndirilməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.

Onun sözlərinə görə, çərşənbə axşamına planlaşdırılan görüş ABŞ-ın Moskvanın Ukraynadakı müharibəni bitirmək məsələsində nə qədər ciddi olduğunu qiymətləndirəcəyi ilk addımdır.

Qeyd edək ki, sabah Ər-Riyadda Rusiya və ABŞ nümayəndələrinin görüşü keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью