Bu görüşə də azyaşlı oğlu ilə getdi

10.12.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Macarıstanın Baş naziri Viktor Orban Floridada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Orban öz sosial şəbəkə hesablarında paylaşıb.

Onun sözlərinə görə, Trampın iqamətgahında keçirilən görüşdə, həmçinin amerikalı milyarder İlon Mask və Trampın Milli Təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uoltz da iştirak edib. 

Bununla belə, Baş nazir tərəflərlə müzakirə etdiyi məsələləri açıqlamayıb.

Qeyd edək ki, İlon Mask sözügedən görüşə 4 yaşlı oğlu X ilə qatılıb. O, ötən ilin sentyabrında Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşə həmin oğlu ilə getmişdi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью