Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. "Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində aparıcı şirkət rəhbərləri ilə keçiril
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yeni dövrün yeni hədəflərindən biri də məhz qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlbidir: "Aparıcı dövlətlərin şirkətləri ilə aparılan müzakirələr neftdən kənar sektorlar üçün yeni sərmayə imkanları deməkdir.
Təbii ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və digər həm Azərbaycan, həm də region üçün mühüm məqamlar xüsusi yer tutur.
Gözlənilir ki, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacaq.
Bu isə ilk növbədə “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Çünki Azərbaycan Çinlə məhz bu istiqamətdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir".
Deputat qeyd edib ki, son görüşlər və imzalanan anlaşmalar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb: "Azərbaycan regionda, xüsusilə Cənubi Qafqazda “yaşıl enerji” sahəsinə böyük diqqət ayıran ölkədir.