Bu göstərici demək olar, hamını əhatə edir” İqtisadçı

20.07.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

“Statistika Komitəsinin 2026-cı ilin yanvar-may ayları üzrə açıqladığı son məlumatlara görə, nominal gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 37 milyard 699.8 milyon manat təşkil edib. Bu da o deməkdir ki, inflyasiya 5.6% təşkil etdiyindən yanvar-mayda ölkə əhalisinin real gəlirləri 4.6 faiz artıb. Ərzaq inflyasiyasına görə isə 3.5 faiz”.  Lakin bir nüans var. O da bundan ibarətdir ki, nominal gəlirlər, ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pulların - gəlirlərin cəmi hesab olunur ki, bu göstərici demək olar, hamını əhatə edir”.

Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib. Ekspert bildirib ki, rəsmi əmək müqaviləsi ilə muzd olaraq çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsiylə tapılan göstərici: 

“Nominal gəlirlərin tərkib hissələrindən biri olan orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-aprel ayları ərzində 1 172.1 manata yüksəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6.5% artım deməkdir. Buradan da belə qənaət əldə olunur ki, inflyasiya 5.6% təşkil etdiyindən yanvar-mayda rəsmi muzdla çalışan, işləyən əhali qrupunun real gəlirləri cəmi 0.9% artıb. Ərzaq inflyasiyası isə 6.7% təşkil etdiyindən muzdla çalışan işçilərin real gəlirləri cari ilin ilk beş ayı ərzində -0.2% bənd həddində "yeyintiyə" məruz qalıb. Hesab edirəm, əhalinin istehlak qiymətlərinin səviyyəsindən narazı olmasının kökündə də bu amil dayanır”.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью