Bu göstəriciyə yalnız “Milan” nail olub

06.11.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

"Milan" Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Real"a (3:1) qalib gəlməklə unikal nailiyyət əldə edib.

News24.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

İtaliya klubu Çempionlar Liqası tarixində "Santyaqo Bernabeu" stadionunda "Real"ın qapısına 2 dəfə 3 və ya daha çox qol vuran ilk klubdur. A seriyası təmsilçisi bundan əvvəl 2009-cu ildə Madrid klubuna 3:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, hazırda "Milan" Çempionlar Liqasının 4 turdan sonra 6 xalla 18-ci yerdədir. Eyni xala malik “Real” 17-cidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью