Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az Foodinfo.az-a istinadən xəbər verir ki, pərpətöyünün əsas üstünlüklərindən biri tərkibində alfa-linolen turşusunun (ALA) olmasıdır. Bu maddə bitki mənşəli omeqa-3 yağ turşusudur və orqanizm tərəfindən istehsal edilmədiyi üçün qida vasitəsilə qəbul olunmalıdır. ALA ürək-damar sağlamlığının dəstəklənməsində və normal hüceyrə fəaliyyətində mühüm rol oynayır.
Pərpətöyün digər yarpaqlı tərəvəzlərlə müqayisədə omeqa-3 yağ turşularının diqqətəlayiq mənbələrindən biri hesab olunur. Tərkibindəki faydalı yağ turşuları ilə yanaşı, C və E vitaminləri, kalium, maqnezium və müxtəlif antioksidantlar da bu bitkinin qida dəyərini artırır.
C vitamini immun sisteminin normal fəaliyyətində iştirak edir, E vitamini isə hüceyrələrin oksidləşdirici stressdən qorunmasına kömək edir. Kalium ürək və əzələlərin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Pərpətöyündə olan antioksidantlar da orqanizmin hüceyrələrinin qorunmasında iştirak edir.
Pərpətöyünü gündəlik qidalanmaya daxil etmək olduqca asandır. Onu təzə halda salatlarda, qatıqla birlikdə və ya digər göyərtilərlə qarışdıraraq istehlak etmək mümkündür. Xüsusilə pomidor, xiyar və zeytun yağı ilə hazırlanan pərpətöyən salatı həm dadlı, həm də qida dəyəri yüksək seçimdir.
Bununla belə, pərpətöyünin tərkibində oksalat maddəsi də mövcuddur. Böyrək daşı problemi olan şəxslərin bu bitkini həddindən artıq istehlak etməməsi və qidalanma ilə bağlı həkim məsləhətinə diqqət yetirməsi tövsiyə olunur.
Pərpətöyün sağlam qidalanmada müxtəlifliyi artıran, əlçatan və faydalı göyərtilərdən biridir. Onun müntəzəm və ölçülü şəkildə istehlakı gündəlik qidalanmanın omeqa-3 və digər vacib qida maddələri ilə zənginləşdirilməsinə kömək edir.