Bu göyərti qan xərçəngindən qoruyur

16.10.2026

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Araşdırmalar göstərib ki, vəzəri qan hüceyrələrini qoruyur və hətta qan xərçənginin riskini azaldır.

Saglamolun.az bildirir ki, vəzərinin qan üçün faydaları qədim zamanlardan məlumdur. Hələ dahi Hippokrat öz elmi  əsərlərində vurğulayırdı ki, bu ot qanı təmizləyir.

Qədim Misirdə vəzəri və onun toxumları cinsi zəifliyinin müalicəsində istifadə olunurdu.

Xalq təbabətində vəzəri iltihabəleyhinə və bəlğəmgətirici vasitə kimi istifadə olunur.  Öskürək və bronxit zamanı bu kimi faydalı qarışıqdan istifadə edin: 3 x.q. xırda doğranmış vəzərinin üzərinə 1 stəkan isti su tökün, 1 saat ərzində termosda dəmləyin, gün ərzində 2-3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için.

Yuxusuzluqdan əziyyət çəkirsinizsə vəzəri dəmləməsinə 1 ç.q. bal əlavə edin və yatmazdan əvvəl yarım stəkan olmaqla için.

Vəzəri damarlar üçün çox faydalıdır, hipertoniyanın inkişafının qarşısını alır, təzyiqi normallaşdırır, orqanizmdən artıq mayeni xaric edir.

Son araşdırmalar vəzərinin görmə üçün faydasını göstərib.

Vəzəri sinir sistemi üçün də çox faydalıdır, yuxusuzluqla mübarizə etməyə kömək edir, həzm proseslərini normallaşdırır, immun sisteminə müsbət təsir edir.

Yodla zəngin olan vəzəri qalxanvari vəzi üçün faydalı məhsullardan biri sayılır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью