Bu gün 2 ci liqada 2 oyun keçiriləcək | Icma.az
Icma.az, Qol.az saytına istinadən bildirir. Bu gün Azərbaycan 2-ci liqasında 15-ci tura start veriləcək.
QOL.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək. 2-ci yerdəki "Şəfa" 6-cı sıradakı "Kür-Araz"ın qonağı olacaq.
8-ci pillədəki "Dinamo" isə 9-cu yerdəki "Qusar"la qarşılaşacaq. 15:00.
“Kür-Araz” – “Şəfa” Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Asif Abullayev, Nazim Abdullayev Heydər Əliyev adına İmişli şəhər stadionu 15:00.
“Dinamo” – “Qusar” Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Vüqar Bayramov, Rövşən Rəcəbov Binə qəsəbə stadionu 6 mart (cümə axşamı) 15:00.
“Lerik” – “Haypers Guba” Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov Lənkəran OİK stadionu 15:00.
“Araz Saatlı” – “Ağdaş” Hakimlər: Rəsul Babayev, Ruslan Babayev, Anar Bədəlov, Kamil Aydınov Saatlı OİK stadionu 15:00.
“Şimal” – “Şahdağ Qusar” Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Sənan Bayramzadə Siyəzən şəhər stadionu 7 mart (cümə) 15:00.
Tam oxu
Xəbəri oxu