Bu gün 2 ci liqada mükafatlandırma mərasimi keçiriləcək

22.05.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycan 2-ci liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, Binə qəsəbə stadionunda, saat 16:00-da başlayacaq mərasimdə liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.

Xatırladaq ki, 2-ci liqanın qalibi "Şahdağ Qusar", gümüş mükafatçısı "Şəfa", bürünc mükafatçısı isə "Şimal" olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью