Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ın qonağı olub. Matçda qalib müəyyənləşməyib (2:2).
Oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev fikirlərini jurnalistlərlə bölüşüb:
"İki fərqli hissə izlədik. Birinci hissədə bir qədər ləng oynadıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirə bildik. Yarımmüdafiə və hücum xəttində yorulan oyunçuları dəyişdirdik. Müdafiə xəttində zədə olacağını güman etmirdim. Əvəzetmə limiti dolduğuna görə zədəli müdafiəçimizi əvəz edə bilmədik. Ümumilikdə 2 xal itirdik".