Bu gün 3 300dən çox namizəd dövlət qulluğu üzrə imtahan verib

01.12.2024

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət İmtahan Mərkəzi məlumat yayıb

1 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Bu barədə AYNA-ya DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3 338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.

Dekabrın 2-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью