Bu gün 7 kənddə işıq kəsiləcək

25.11.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

BAKU.WS xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью