Bu gün ABŞ da da açılış olacaq

12.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün ABŞ-da da açılış olacaq

DÇ-2026 tarixində ilk dəfə olaraq üç ayrı açılış mərasimi təşkil olunur.

QOL.az xəbər verir ki, növbəti şou ABŞ və Paraqvay milliləri arasında keçiriləcək oyundan əvvəl baş tutacaq.

Los-Ancelesdəki SoFi Stadium stadionunda keçiriləcək mərasim Bakı vaxtı ilə iyunun 13-də saat 03:40-da başlayacaq. Oyunun start fiti isə saat 05:00-da səslənəcək.

Məlumata görə, açılış mərasimində məşhur müğənnilər Katy Perry, Future, Anitta və Lisa səhnəyə çıxacaqlar.

Qeyd edək ki, bundan əvvəl dünya çempionatının açılış mərasimləri Mexiko və Toronto şəhərlərində keçirilmişdi. DÇ-2026 tarixində ilk dəfə olaraq mundial üç ev sahibi ölkədə və üç ayrı açılış mərasimi ilə start götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью