Bu gün ABŞ İran danışıqlarının ikinci raundu keçiriləcək

19.04.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Vaşinqton və Tehran arasında danışıqların ikinci raundu keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlar Oman səfirinin Romadakı iqamətgahında baş tutacaq.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə İtaliyanın paytaxtında dolayı danışıqlar aparılacaq.
Əvvəlki görüşdə olduğu kimi ABŞ-ni danışıqlarda Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Qeyd edək ki, aprelin 12-də Omanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqların birinci raundu Maskatda baş tutub. İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью