Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub. Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub.
İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib. Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.
2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.