Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir. 31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd edilir.
Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xaqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir.
“Qafqazinfo” xəbər verir ki, 31 avqustun qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.
Tarix boyu Fransa müstəmləkə siyasəti çərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımı aktları həyata keçirib, insan haqlarını kobud şəkildə pozub və bu siyasətini hələ də davam etdirməkdədir.
Fransa Afrikada yerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyata keçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik və Fransız Qviyanası kimi müstəmləkə idarəçiliyi altında saxladığı ərazilərdə Afrika mənşəli xalqlara qarşı uzun illərdən bəri davam edən sosial, iqtisadi və siyasi basqılar edir.
Bu siyasət çərçivəsində Fransa, yerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlik hüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəb olur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.
Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadi ədalətsizliklərlə üzləşir.
İşsizlik səviyyəsi 30%-dən yüksəkdir, xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur.