Bu gün Almaniya derbisi var

30.11.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bu gün Almaniya Bundesliqasında XII turun mərkəzi görüşü keçiriləcək.

Metbuat.az xəbər verir ki, prinsipial oyunda “Borussiya” (Dortmund) və “Bavariya” komandaları üz-üzə gələcək. Derbi Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qonaqlar 29 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 19 xalla 5-ci pillədə qərarlaşıb.

Komandalar indiyədək bütün turnirlər daxil olmaqla 135 dəfə qarşılaşıblar. Bu matçların 69-da “Bavariya” qalib gəlib. “Borussiya” isə 35 oyunda sevinən tərəf olub. Otuz bir oyun isə heç-heçə ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью