BU GÜN ANA DİLİ GÜNÜDÜR!

01.08.2025

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün 1 Avqust  Ana Dili günümüzdür. 
Türk dilləri ailəsinə aid olan Azərbaycan dili dünyanın ən zəngin və mükəmməl dillərindən biridir.
Bu dildə Azərbaycanın  Güneyində 40 milyyon ,  Qüzeyində 10 milyon , bütün dünyada isə ümumilikdə 60 milyon soydaşımız danışır.
Ana dili  Milli şüurun formalaşmasında ; milli kimliyin müəyyən olunmasında müstəsna rol oynayır.
 Ana dili  siyasi-strateji əhəmiyyət daşıyır.
Ana dili eyni zamanda təhsil və  milli təhlükəsizlik məsələsidir.
Ana dilini unutmaq , başqa dillərin  təsirinə məruz qoymaq ;  millətin və dövlətin gələcəyini  təhlükəyə salmaq deməkdir.
Əziz millətimiz !
Bal kimi şirin və zəngin dilimizi qorumalıyıq.
Ana dili Günü Bayramımız MÜBARƏK olsun !!!
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью