Bu gün Ankarada NATO sammiti başlayır

07.07.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə bu gün və sabah 36-cı NATO sammitinə ev sahibliyi edir.

Ankarada Alyansa üzv olan 32 dövlətin rəhbərləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp bir araya gələcək.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, NATO liderləri ilə yanaşı, bu gün keçirilməsi planlaşdırılan şam yeməyində Ukrayna Prezidenti Volodimir Zelenski, Cənubi Koreya Prezidenti Li Çje Myon, Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də iştirak edəcəklər.

Media orqanlarının yaydığı məlumatlara görə, sammit çərçivəsində NATO ölkələrinin xarici işlər nazirləri Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə görüşəcək, həmçinin Ukraynanın xarici işlər naziri və Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas ilə danışıqlar aparacaqlar.

NATO ölkələrinin müdafiə nazirləri isə avstraliyalı, yaponiyalı, yeni zelandiyalı və cənubi koreyalı həmkarları ilə müzakirələr keçirəcəklər. NATO-nun rəsmi saytında yerləşdirilən məlumata görə, sammitdə liderlər üç əsas mövzunu müzakirə edəcəklər: müdafiəyə investisiyalar, müdafiə sənayesi istehsalının artırılması və Ukraynaya dəstək.

"Bizim təhlükəsizliyimiz Ukraynanın təhlükəsizliyi ilə qırılmaz şəkildə bağlıdır. Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi bir vaxtda müttəfiqlər Ukraynaya görünməmiş səviyyədə hərbi yardım göstərməyə davam edəcəklər ki, bu da onun müdafiə qabiliyyətinin yüksəldilməsinə kömək edəcək. Ankara sammiti NATO tərəfindən Ukraynaya göstərilən dəstəyin daha da dərinləşməsinə töhfə verəcək, ölkənin təxirəsalınmaz müdafiə ehtiyaclarının ödənilməsinə kömək edəcək və müttəfiqlərin uzunmüddətli hərbi yardımını təmin edəcək", - deyə məlumatda qeyd olunub.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью