Bu gün Arayikgilin məhkəməsi keçiriləcək Yeni Çağ Media

21.01.2025

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Harutyunyan və digərlərinin məhkəməsi bu gün davam edəcək

Yenicag.az xəbər verir ki, hazırlıq iclası Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib.

Xatırladaq ki, məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью