Bu gün Avroliqanın qalibi bəlli olur

21.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью