Bu gün Azərbaycan cüdoçuları Limada tatamiyə çıxır

11.10.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Perunun paytaxtı Limada cüdo üzrə Qran-pri turniri start götürəcək. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Birinci yarış günü Azərbaycan milli komandası dörd çəkidə altı idmançı ilə tatamiyə çıxacaq.

Bildirilib ki, kişilərdə Əhməd Yusifov (60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), qadınlarda isə Könül Əliyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq) ilk yarış günündə tatamiyəyə çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью