Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Varis Rüstəmov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, bugünümüz və gələcəyimiz üçün möhkəm təməlin yaradılmasında stimulverici amil oldu.
Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanıb və hörmətlə yanaşılan ölkəyə çevrilib.
Bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır.
Məhz bu siyasətin, əldə edilən uğurların fonunda Vətən müharibəsində əldə edilən tarixi Zəfər yeni reallıqlar yaratdı.
Həmin reallıqlar fonunda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır.
Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkənin beynəlxalq nüfuzundan xəbər verir.