Bu gün Azərbaycan kubokunun hansı oyunları canlı yayımlanacaq?

03.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsi start götürür.

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək. “Qaradağ Lökbatan” “Səbail”i, “Araz-Naxçıvan” “Mingəçevir”i, “Turan Tovuz” isə “Sabah”ı qəbul edəcək.

Bu oyunlardan 2-si canlı yayımlanacaq. Saat 15:00-dan etibarən “Qaradağ Lökbatan” - “Səbail”, saat 18:00-dan isə “Turan Tovuz” - “Sabah” matçı "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bu barədə telekanaldan bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью