Bu gün Azərbaycan Qalib Lider, Qalib Sərkərdənin rəhbərliyi ilə yeni zirvələrə doğru uğurl…
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq. Hər bir dövlətə, xalqa nəsib olmur tarixə adını yazan dahi şəxsiyyətlər yetişdirmək.
Əminliklə deyə bilərik ki, bu sarıdan Azərbaycan xalqı ən xooşbəxt xalqlardan, Azərbaycan isə ən şanslı dövlətlərdəndir.
Çünki son iki əsrdə Heydər Əliyev və Onun layiqli davamçısı İlham Əliyev kimi tarixi şəxsiyyətlər yetişdirib.XX əsrin 60-90-cı illərində Ümummmilli Lider Heydər Əliyev Azərbaycan naminə, ölkəmizin inkişaf etdirilməsi istiqamətində atdığı addımlarla adını tarixə yazdı.
Xalqın liderinə çevrildi. XXI əsrdə isə bu missiyanı Onun layiqli davamçısı Cənab İlham Əliyev davam etdirdi.
63 illik ömür yolunun tən yarısını müxtəlif dövlət vəzifələrində çalışan, 2003-cü ildən isə Azərbaycan adlı gəminin kapitanı kimi ölkəmizi yalnız uğurlara, zirvələrə doğru aparan Cənab İlham Əliyev təkcə siyasi lider kimi dünya siyasi səhnəsində ad qazanmadı, həm də ata vəziyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan kimi tarixə öz möhürünü vurdu.
Ulu Öndər 2003-cü ildə “Mən İlham Əliyevə özüm qədər inanıram” deyəndə yanılmamışdı.
Onun siyasi bacarığı, liderlik qabiliyyəti, qətiyyətinə güvənir və Onu özünə haqlı olaraq layiqli davamçı seçirdi.Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən sələfi Ümummilli Lider kimi qısa zamanda xalqın sevimli liderinə çevrilə bildi.
İlk dəfə Azərbaycan Prezidenti kimi and içərkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam” fikirləri ötən 21 il ərzində əməli, gördüyü işlərlə təsdiqlədi.
Tam oxu
Xəbəri oxu