Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

29.01.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə,bələdiyyə seçkilərində 685 yer uğrunda 16 min 92 namizəd mübarizə aparacaq.

Seçkilərdə 24 siyasi partiyanın nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərin 8 min 504 nəfəri partiya mənsubiyyətli, 7 min 588 nəfəri isə bitərəfdir. 

Ümumilikdə 5 milyon 961 min 987 nəfər seçicinin səs verməsi üçün 5846 seçki məntəqəsi ( 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir) fəaliyyət göstərəcək.

Bələdiyyə seçkiləri Azərbaycanın azad olunmuş ərazilərində keçirilməyəcək.

Bələdiyyə seçkilərini 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью