Bu gün “Azərsun Arena”da oyun var

09.01.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün "Qarabağ" və "Kəpəz" qış fasiləsindən yararlanaraq yoxlama oyunu keçirəcəklər.

QOL.az xəbər verir ki, komandalar "Azersun Arena"da qarşılaşacaqlar. Görüş saat 14:00-da başlayacaq.

Oyun azarkeşlər üçün qapalı keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasının cari mövsümünün ilk yarısını qış çempionu kimi başa vurub. "Kəpəz" isə sıralamada 11 xalla 9-cudur.

Əlavə edək ki, "Qarabağ" yanvarın 12-də "Zirə" ilə yoxlama matçına çıxacaq. 

Yoxlama oyunu

14:00. "Qarabağ" - "Kəpəz"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью